Tərkibi:
yarım paket burğu makaron
1,5 litr su
duz
1 y/q duru yağ
tərəvəz sous üçün:
1 ədəd orta boy kabak
1 ədəd orta boy badımcan
1 ədəd dolmalıq bibər
1 ədəd çarliston bibər
1 ədəd şirin qırmızı bibər
2 diş sarımsaq
duz
6 y/q duru yağ
Üstü üçün:
1 çay st sürtgəcdən keçirilmiş parmesan pendiri
1 çay st reyhan
Hazırlanması:
Makaron üçün suyu qaynadın, duz və yağ əlavə edərək 10 dəqiqəyə qədər qaynadın. Qaynatdığınız makaronu süzərək qırağa qoyun.
Kabak və badımcanı yuyaraq soymadan 2 hissəyə uzunlamasına bölün, doğrayın. Bibərləri boyuna iki hissəyə blün və çəyirdəklərini çıxararaq uzunlamasına doğrayın.
Sarımsağı soyun, xırda-xırda doğrayın. Duru yağı tavaya əlavə edin, sarımsaqları əlavə edərək 1 dəqiqə qovurun.
Bibərləri tavaya qoyub 2-3 dəqiqə qovurun və boşqaba qoyun. Tavada qalan yağa 1-2 yemək qaşığı daha yağ əlavə edin və badımcanları tavaya qoyun.
Badımcanların rəngi qızarmağa başlayanda kabakları əlavə edin.
5 dəqiqəyə qədər bişirdiyiniz tərəvəzlərə kənara qoyduğunuz bibərləri və duzu əlavə edərək 1 dəqiqə daha qovurun.
Tavaya qaynatdığınız makaronu əlavə edərək qarışdırın.
Servis qabına makaronlarla pendir və reyhan əlavə edərək servis edin.