Qadin.NET / Göbələk souslu küftə (foto-resept)

Göbələk souslu küftə (foto-resept)

 

Tərkibi:

1 paket göbələk(400 qram)

1 paket krem (200 qram)

1 ədəd orta boy soğan

duz

1-2 y/q doğranmış şüyüd

2-3 y/q duru yağ

 

Küftəsi üçün:

300 qram qiymə

1 ədəd kiçik boy soğan

1 y/q incə doğranmış cəfəri

duz

istiot

 

Hazırlanması:

Qiyməni yoğurma qabına qoyun, sürtgəcdən keçirdiyiniz soğan (suyunu əlinizlə sıxın), cəfəri, duz və istiotla birlikdə yoğurun.

Sıxlaşan qiymədən parçalar qopararaq əlinizlə yumrulayın.

Soğanı yeməklik doğrayın, göbələkləri iri-iri doğrayın.

Qazana yağı əlavə edin və qızdırın, hazırladığınız küftələr qazana alın və qızdırın.

Göbələk souslu küftə (foto-resept)

Qızaran küftələri qazana əlavə edin və soğanları əlavə edərək qovurun. Soğanlar şəfaflaşdıqda doğradığınız göbələkləri əlavə edin və qovurun.

Göbələk souslu küftə (foto-resept)

Küftələri və kremi əlavə edin, duzu əlavə edərək aşağı dərəcədə bişirin.

Bişən küftələri şüyüd və təzə soğan ilə servis edin.

Göbələk souslu küftə (foto-resept)

 

12 fevral 2020
GO BACK