Tərkibi:
2 ədəd lavaş
250 qram qovurma
2-3 y\q zeytun yağı
1 ədəd orta boy quru soğan
1 ədəd dolmalıq qırmızı bibər
6 dilim cheddar pendir
4-5 y/q qırmızı lobya
1/2 ç/q duz
1/4 ç/q istiot
istəyə görə 2 y/q bibər turşusu
servis üçün:
1 kiçik kasa salsa sousu
1 kiçik kasa turş krem
1 kiçik kasa avokado əzməsi
Hazırlanması:
Soğanı yeməklik doğrayın. Dolmalıq qırmızı və sarı bibəri ortadan iki yerə bölün. Çəyirdəklərini çıxardıqdan sonra doğrayın. Tavaya soğanları və zeytun yağını əlavə edin. 1 dəqiqə qədər yüksək dərəcədə qovurun. Doğradığınız bibərləri də əlavə edib qovurun.
Bibərlər bişəndə içinə qovurmaları əlavə edin. Biraz duz, istiot və istəyə görə xəfif doğradığınız bibərləri əlavə edib 1 dəqiqə daha qovurun.
Sonra qazın üstündən götürdüyünüz lobyaları tavaya əlavə eidn və qarışdırın.
Lavaşı tots maşınına qoyun, üstünə hazırladığınız içliyin yarısını yayın. İçliyin üstünə 3 dilim cheddar pendir düzün.
Lavaşı şəkildəki kimi qatlayın və tost maşınında lavaş qızarıb pendir əriyənə qədər bişirin.
İsti halda dilimləyin və servis edin.