Qadin.NET / Göbələkli toplar (foto resept)

Göbələkli toplar (foto resept)


Tərkibi:
500 qr. toyuq əti
1 banka konserv göbələk
1 ədəd yerkökü
2 ədəd soğan
Azərduz yodlu narın xörək duzu, istiot
2 x.q üyüdülmüş suxari
2 ədəd yumurta
3 x.q. un

Hazırlanması:
İlk öncə ət, soğan və yerkökü ət maşınından çəkilir.

 
Çəkilmiş ətə duz, istiot və suxari vurulub qarışdırılır.


Ətdən əlimizə alırıq və digər əlimizlə içində oyuq açırıq.

 
Açdığımız oyuğun içərisinə göbələk qoyub əlimizlə hər tərəfini bağlayıb top şəklinə salırıq.


 


Daha sonra topları una batırırıq.
 
 
Sonra çalınmış yumurtaya batırırıq.

 
Ən sonda suxariyə batırırıq.


Bol yağda hər iki üzü qızarana kimi zəif odda bişiririk.

 


Budur, göbələkli toplarımız hazırdır. 


Nuş olsun!

 

10 noyabr 2011
GO BACK