Tərkibi:
1 paket incə uzun makaron
10 ədəd çeri pomidoru
1 ədəd bibər
3 ədəd badımcan
3 y/q cəfəri
1 diş sarımsaq
2-3 y/q zeytun yağı
duz
1 y/q sirkə
Hazırlanması:
Badımcanları və bibəri bıçaqla deşin, qazın üstündə közləyib, qabıqlarını təmizləyin. Pomidorları doğrayın.
Közlənmiş bibər və badımcanları xırda-xırda doğrayın.
Zeytun yağını qazana əlavə edin. Üstünü soyun doğradığınız pomidorları əlavə edərək qovurmağa başlayın.
Pomidorlara sarımsağı əlavə edin və qovurun. Közə verilmiş badımcan və bibəri əlavə edərək duz ilə dadlandırın və 5 dəqiqə bişirin.
8 dəqiqə qaynatdığınız makaronu tavaya əlavə edin və qarışdırın. Doğranmış cəfəri ilə servis edin.