Tərkibi:
7 ədəd orta boy kartof
3 y/q duru yağ
1 ədəd quru soğan
300 qram qiymə
1 ədəd bibər (kub-kub doğranmış)
3 ədəd uzunsov bibər
2 diş sürtgəcdən keçirilmiş sarımsaq
2 ədəd pomidor (soyulmuş, doğranmış)
2 ç/q duz
Sous üçün:
2 su st su
2 y/q pomidor pastası
1 ç/q duz
Hazırlanması:
Kartofların içini çay qaşığı ilə oyun. Oyulmuş kartofları qızğın yağdan çox yumşalmayacaq qədər qızardın.
Qiyməni hazırlamaq üçün tavda duru yağla soğanı qovurun.
Üstünə qiyməni əlavə edin qovurmağa davam edin.
Qovrulan qiymənin üstünə qırmızı bibər, yaşıl bibər, sarımsaq, pomidor və duru əlavə etdikdən sonra 3-4 dəqiqə qovurun qazın üstündən götürün.
İçini oyub qovurduğunuz kartofların içinə qiyməli qarışımı əlavə edin. Bir listə kartof dolmalarını yerləşdirin.
Bir qabda su, pomidor sousu və duzu əlavə edib qarışdırın. Bu sousu kartof dolmalarının üstünə gəzdirin.
Əvvəlcədən isidilmiş 195 dərəcəlik sobada 35 dəqiqi bişirin.