Qadin.NET / Qurudulmuş pomidorlu, qozlu makaron (video-resept)

Qurudulmuş pomidorlu, qozlu makaron (video-resept)

 

Tərkibi:

yarım paket kəpənək makaron

2 litr su (qaynatmaq üçün)

1 su st qurudulmuş pomidor

3-4 ədəd qarğıdalı

1 su st qoz

100 qram tulum pendiri

2 diş sarımsaq

5-6 sap təzə soğan

zeytun yağı

duz

istiot

 

Qurudulmuş pomidorlu, qozlu makaron (video-resept)

 

Hazırlanması:

Makaronu istədiyiniz hala görə 8-10 dəqiqə qaynadın.

Makaronları qaynadarkən 5-6 dəqiqə isti suda saxladığınız qurudulmuş pomidorları doğrayın. Qozu və qarğıdalını doğrayın.

Sarımsaqları xırda-xırda, təzə soğanı doğrayın.

Qazana zeytun yağı əlavə edin, qozları qovurmağa başlayın.

Xəfif qoxusu çıxana qədər sarımsağı əlavə edin və qarışdırın.

Qurudulmuş pomidorları əlavə edin və qarğıdalıları əlavə edərək qovurmağa davam edin.

Təzə soğan, duz və istiot əlavə edin, sürətli qarışdıraraq qazın üstündən götürün.

Süzdüyünüz makaron ilə qovurduğunuz ərzaqları qarışdırın.

Pendirlə servis edin.

 


3 aprel 2020
GO BACK