Qadin.NET / İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)

İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)

 

Tərkibi: 

 

(4 nəfərlik)

 

3 sm qalınlıqda kəsilmiş 4-5 parça dana əti

1 ovuc ağ un

zeytun yağı

2 konserv doğranmış pomidor

2 halqa doğranmış kök

2 kərəviz

2 kartof

2 soğan

6-8 diş sarımsaq

3-4 kərəviz yarpağı

1 dəfnə yarpağı

1 st ət suyu

10-12 dənə istiot

duz

1 portağal

1 dəstə cəfəri

İtalyan mətbəxindən "Osso Bucco" (video-resept)

Hazırlanması:

Dana ətini una batırın. Yağladığınız və una batırdığınız ət dilimlərini tünd rəng alana qədər qızardın, sonra qırağa qoyun

Eyni tavada əvvəlcə soğanları saralana qədər çevirin. Sarımsaqların 5-6 dənəsini soğanlara əlavə edib qoxusunu hiss edənə qədər bişirin.

Kökləri və kərəvizləri əlavə edib qapağını bağlayaraq 5-6 dəqiqə daha bişirin. Qapağını bağlayıb, 5-6 dəqiqə aşağı dərəcədə yavaş-yavaş bişmələrini gözləyin.

Bu arada 8-10 sm dərin və ətlərə uyğun böyüklükdə soba listinə yerləşdirin.

Kərəviz yarpaqlarını, dəfnəyi və dənə istiotları əlavə edin. Ətlərin üstünə soğan qarışımınızı döşəyin və kartofları əlavə edin.

Pomidorları tökün, ət suyunu və istəyə görə duz əlavə edin. Listin ağzını bağlayın, yarım saat əvvəl isitməyə başladığınız sobada 3 saat bişirin.

Portağal qabıqlarını, cəfərini və qalan sarımsağı xırda doğrayın.

Servis edərkən çuxur qabdan istifadə edin, ətin yanına kök, kartof və kərəviz, bol-bol da sousundan tökün.

Portağal qarışımı ilə bəzəyin.

 


 

 

19 yanvar 2020
GO BACK