Qadin.NET / Ətli pomidor souslu spagetti (video-resept)

Ətli pomidor souslu spagetti (video-resept)

 

Tərkibi:

1 paket spagtti

2 litr su

 

ət üçün:

600 qram qiymə

1 diş sarımsaq

1 ədəd orta boy soğan

yarım ç/q cirə

2 dilim boyat çörək içi

1 ədəd yumurta

1 çimdik doğranmış cəfəri

duz

istiot

yarım çay st duru yağ (qızartmaq üçün)

 

pomidor sousu üçün:

6 ədəd orta boy pomidor

1 ədəd orta boy soğan

2 diş sarımsaq

1 ç/q duz

istiot

1 ədəd dəfnə yarpağı

1-2 sap kəklikotu

 

Ətli pomidor souslu spagetti (video-resept)

 

Hazırlanması:

Sous üçün pomidorları sürtgəcdən keçirin. Soğanı yeməklik doğrayın, sarımsaqları xırda-xırda doğrayın.

Qiyməni yoğurma qabına qoyub içinə yumurta, duz, istiot, cəfəri, cirə, sarımsaq, sürtgəcdən keçirilmiş soğan və xırdaladığınız çörək içlərini əlavə edin.

Qiyməni yoğurun. Qiymədən qoz böyüklüyündə parçarlar qoparıb əlinizə yuvarlayın.

Qazana duru yağ qoyun və qızdırın. Kotletləri tavaya alıb üstləri qızarana qədər çevirərək bişirin və qırağa qoyun.

Doğradığınız soğanı ətin yağına atın və qovurun. Sarımsağı əlavə edin və qovurun.

Sürtgəcdən keçirilmiş pomidorları əlavə edin, ədviyyatları əlavə edərək orta dərəcədə qaynadın.

Ətləri sousa əlavə edib qapağı bağlı bişirin.

Spagettini bol suda 8-10 dəqiqə qaynadıb süzün.

Servis qabına qoyub ətli pomidor sousu ilə servis edin.

 

3 fevral 2020
GO BACK