Qadin.NET / Türkiyə mətbəxindən " Arnavut plovu" (video-resept)

Türkiyə mətbəxindən " Arnavut plovu" (video-resept)

 

Tərkibi

750 qram toyuq əti (quzu əti ilə də hazırlaya bilərsiniz)

2 su st düyü

3 su st ət suyu

1 ədəd kök

1 ədəd quru soğan

1 böyük pomidor

duz, istiot

1 y/q kərə yağı 

Türkiyə mətbəxindən " Arnavut plovu" (video-resept)

Hazırlanması:

Toyuqları təxminən 40 dəqiqə qaynadın. Düyülərin üstünə isti su və duz əlavə edərək yarım saat gözlədin. Qazana yağ, kiçik doğranmış kök və soğanları ataraq qovurun. 

Pomidoru sürtgəcdən keçirib, istiotla əlavə edin. Bol su ilə yuyaraq suyunu süzdüyünüz düyü və duzu əlavə edərək qovurun. Qovruluna düyüləri istiliyə dözümlü listə qoyaraq üstünə ətləri qoyun. 

Suyunu əlavə edərək 170 dərəcəlik sobada bişirin. İstəyə görə üstünə cəfəri səpib servis edə bilərsiniz. 

 


 

-

13 yanvar 2020
GO BACK