Qadin.NET / Sobada ətli rulet (foto-resept)

Sobada ətli rulet (foto-resept)

 

Tərkibi:

1/2 çay st zeytun yağı

4 ədəd biftek (incə döyülmüş)

1 ədəd kök

1 ədəd qırmızı bibər

1 ədəd yaşıl bibər

1 ədəd sarı bibər

1 kiçik qırmızı soğan

duz

istiot

cirə

qırmızı toz bibər

 

Hazırlanması: 

Kökün qabıqlarını soyun və uclarını kəsin. Rəngli bibərlərin saplarını və çəyirdəklərini təmizləyərək, incə uzun halda doğrayın.

Soğanları doğrayın. Kökü də, bibərlərlə eyni ölçüdə doğrayın.

Yeməyi hazırlayarkən, incə uzun doğradığınız bibərlər, köklərdən və soğandan bir qədər alaraq bifteklərin üstünə yerləşdirin.

Ədviyyatları qabda qarışdırıb, ətin üstünə çəkin. Daha sonra ətləri diqqətli formada yavaş-yavaş sarıyın. 

Sobada ətli rulet (foto-resept)

Tavaya biraz yağ əlavə edin və yağ isinəndə, rulet formasında sarıdığınız ətləri yağın içinə qoyun.  

Ətləri 200 dərəcəlik sobada 25-30 dəqiqə bişirin.

Sobada ətli rulet (foto-resept)

10 yanvar 2020
GO BACK