Tərkibi:
4 ədəd yumurta (orta boy)
1 su st süd
1 su st toz şəkər
1 su st duru yağ
2,5 su st un
1 paket qabartma tozu
1 paket şəkərli vanilin
2 y/q kakao
1 y/q portağal qabığı (sürtgəcdən keçirilmiş)
yarım su st fındıq qırığı
Hazırlanması:
Yumurtaları dəri kasada qırın, üstünə toz şəkəri əlavə edin, şəkər tamamilə əriyib yumurtalar qabarana qədər çırpın.
Qarışıma duru yağ və südü əlavə edərək çırpmağa davam edin.
Unu, kakaonu, vanilini və qabartma tozunu əlavə edərək tamamilə qarışana qədər çırpın.
Qarışıma portağal qabığı sürtgəcdən keçirilmiş və fındıq qırıntılarını əlavə edərək qarışdırın.
Nazik muffin kağızını soba listinə yerləşdirin və kağızların 2/3 dolduracaq formada keks qarışımını kağızlara tökün.
Üstlərinə fındıq səpin. 180 dərəcədə əvvəlcədən isidilmiş sobada təxminən 25-30 dəqiqə bişirin.