Tərkibi:
1 yumurta sarısı
1 yumurta
250 qram kərə yağı
1 st pudra şəkəri
1 st qarğıdalı nişastası
4 sy un
1 limon qabığı (sürtgəcdən keçirilmiş)
Qabartma tozu və vanil
şəkər xəmiri
Hazırlanması:
Bütün ərzaqları yoğurun. Xəmirin azca sərt olmasına diqqət edin. Oxla ilə açın və qəliblərlə forma verin. Soba listini yağlayıb düzün. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada 15 dəqiqə bişirin. Biskuvitləri sobadan çıxarmayın.
İstədiyiniz rəng və formada şəkər xəmirlərini hazırlayın. Sobadakı biskuvitləri tamamilə soyuduqdan sonra xəfif fırça ilə nəmləndirib şəkər xəmiri ilə bəzəyin.
Nuş olsun!