4 ədəd yumurta
1.5 st şəkər tozu
0.5 st duru yağ
2 stəkan un
1 ədəd portağal qabığı
qabartma tozu
vanil
Üzəri üçün:
1 st portağal şirəsi
2 x/q şəkər tozu
kakos
Hazırlanması
Əvvəlcə yumurta ilə şəkər tozu ağarana kimi çırpılır. Daha sonra ardıcıl olaraq digər ərzaqlar əlavə olunur.
180 dərəcə qızdırılmış sobaya bişməyə qoyuruq. Həmin vaxt ərzində 1 stəkan portağal şirəsinə 2 xörək qaşığı şəkər tozu əlavə edib qarışdırırıq. Bişdikdən sonra portağal şirəsini keksimizin üzərinə tökürük və kakos səpirik.
Daha ətraflı videomuzda baxa bilərsiz!
Nuş olsun!