Qadin.NET / Rəngli peçenyelər (foto resept)

Rəngli peçenyelər (foto resept)

Tərkibi:

 

2,5 st un

1 ç/q darçın

1 paket qabartma tozu

3 y/q kərə yağı

1 su st toz şəkər

1 ədəd yumurta

 

rəngli qat üçün:

2 paket ağ şokolad

yarım ç/q qırmızı qida boyası

yeməli, rəngli şirniyyatlar

 

Hazırlanması:

 

1. Xəmir üçün olan ərzaqları yoğurun. Yoğurduqdan sonra 1 sm qalınlığında yayın. Xəmiri açdıqdan sonra qəliblərlə forma verin.

 

Rəngli peçenyelər (foto resept)

 

 

2. Kəsdikdən sonra peçenyeləri listə düzüb 120 dərəcədə 20 dəqiqə bişirin.

 

Rəngli peçenyelər (foto resept)

 

 

 

3. Ağ şokoladı benmari üsulu ilə əridin və içinə qida boyası qataraq rəngləndirin. Bişən peçenyeləri əriyən şokoladın içinə batıraraq listə düzün.

Nuş olsun!
Rəngli peçenyelər (foto resept)

 

 

18 iyul 2018
GO BACK