Qadin.NET / Barmaq peçenye (foto resept)

Barmaq peçenye (foto resept)

Tərkibi:
4 ədəd yumurta
250 qr un
100 qr kartof və ya qarğıdalı nişastası
1 st.şəkər tozu.
1ç.q qabartma tozu
Hazırlanması:

İlk öncə kraxmal, un və qabartma tozunu yaxşıca qarışdırıb bir kənara qoyuruq.

 

Daha sonra yumurtaları sarısından ayırıb ayrı-ayrı qablara qoyuruq.Sarıya şəkər tozunun yarısını töküb mikserlə ağarana kimi çalırıq.
 
Bir başqa baqda isə ilk öncə yumurtanın ağını çalırıq köpük halına gələnə kimi.
 
Daha sonra yerdə qalan şəkər tozunu əlavə edib birdə çalırııq.
 
Sonra yumurtanın sarısını yumurtanın ağına yavaş-yavaş əlavə edirik,və qarışdırırıq.
 
Daha sonra isə unu əlavə edib taxta qaşıqla yavaşca qarışdırırıq.
 
 Xəmir hazırdı.
 
 
Listin içinə kağız səririk,alınan məhlulu şpristə doldurub kagızın üzərinə səririk
 
Öncədən isidilmiş 180 dərəcədə 7-8 dəqiqə bişiirik.budur artıq tiramusi üçün lazım olan barmaq  peçeniyamız hazırdı.
 
Nuş olsun!

 

8 avqust 2011
GO BACK