Qadin.NET / "Qarpız dilimləri" peçenyesi (foto resept)

"Qarpız dilimləri" peçenyesi (foto resept)

"Qarpız dilimləri" peçenyesi (foto resept)

 

Tərkibi:
120 qr şəkər
150 qr kərə yağı
1 yumurta
265 qr un
1 ç.q. quru maya
Vanil,kişmiş
Qırmızı və yaşıl qida boyaları
Azərduz yodlu narın xörək duzu

 

"Qarpız dilimləri" peçenyesi (foto resept)

 

Hazırlanması:

Kərə yağı şəkərlə ağarana qədər mikserlə 10 dəqiqə çırpılır.Yumurta,duz və vanil əlavə olunub qarışdırılır.
Un və quru maya əlavə olunub,əvvəlcə qaşıqla qarışdırılır,sonra da əllə xəmir yaxşıca yoğrulur.

"Qarpız dilimləri" peçenyesi (foto resept)


Alınan xəmir 3 hissəyə ayrılır.Şəkildəki kimi,biri böyük,biri orta biri kiçik kündələr alınır.

"Qarpız dilimləri" peçenyesi (foto resept)


Kiçik kündə yaşıl rəngli qida boyası ilə,böyük kündə qırmızı qida boyası ilə yoğrulur.Orta boy kündə isə olduğu kimi qalır.
Qeyd: qida boyaları azca su ilə isladılır,diqqət etmək lazımdır ki,suyu çox olmasın.
Bundan sonra hər bir kündə ayrıca folqaya sarılaraq soyuducuya 2 saatlığa qoyulur.

"Qarpız dilimləri" peçenyesi (foto resept)


Ağ xəmir yağlı bişirmə kağızı üzərində 22 sm С… 9 sm ölçüsündə yayılır

"Qarpız dilimləri" peçenyesi (foto resept)


Qırmızı xəmir 22 sm uzunluğunda silindr formasında düzəldilərək ağ xəmirin kənarına qoyulur

"Qarpız dilimləri" peçenyesi (foto resept)


Ağ xəmir ehmalla rulet formasında bükülür(içərisində qırmızı xəmir qalmaqla)

"Qarpız dilimləri" peçenyesi (foto resept)


Sonra da yaşıl xəmir yenə 22 sm С… 9 sm ölçüsündə yayılır və ağ-qırmızı xımirli rulet yaşıl xəmirin kənarına
qoyularaq,o da rulet şəklində bükülür.

"Qarpız dilimləri" peçenyesi (foto resept)


Üç rəngli rulet qidalar üçün olan klyonkaya sarılıb,3-4 saatlığa soyuducuya qoyulur.
Rulet soyuducuda nə qədər çox qalsa,bir o qədər yaxşı alınır.

"Qarpız dilimləri" peçenyesi (foto resept)


Rulet soyuducudan çıxarılaraq 1sm qalınlığında şəkildəki kimi kəsilir\daha incə kəsilərsə tez qırıla bilər.

"Qarpız dilimləri" peçenyesi (foto resept)

 

"Qarpız dilimləri" peçenyesi (foto resept)


"Qarpız dilimləri"ni elektrikli sobaya qoymadan öncə üzərlərinə ya kişmiş basdırılır

"Qarpız dilimləri" peçenyesi (foto resept)


Ya da zövqə görə kişmiş yerinə şokalad çipsləri də qoyulur

"Qarpız dilimləri" peçenyesi (foto resept)

 

"Qarpız dilimləri" peçenyesi (foto resept)


Elektrik sobası 180 dərəcədə isidilir.Bişirmə müddəti 10 dəqiqədir.Peçenyelər bişdikdən sonra,
sobadan çıxararkən yumşaq halda ortadan ikiyə bölünür.Sonra sərtləşdiyinə görə bölərkən qirila bilər.
Qeyd edim ki, bişirmədən öncə də peçenyeləri ikiyə bölə bilərsiniz.

"Qarpız dilimləri" peçenyesi (foto resept)

 

"Qarpız dilimləri" peçenyesi (foto resept)

 

"Qarpız dilimləri" peçenyesi (foto resept)


Hə, ay Xanımlar! Bu üsulla aşbazlıq yaradıcılığınızı işə salıb müxtəlif meyvə dilimləri görünüşündə peçenyelər
hazırlayaraq evdəki yaxınlarınızı,evladlarınızı sevindirə bilərsiniz.
Aşağıdakı şəkildə eyni üsulla portağal dilimi peçenyesi göstərilir.

"Qarpız dilimləri" peçenyesi (foto resept)

 

"Qarpız dilimləri" peçenyesi (foto resept)


Nuş olsun! smile Fikirlərinizi qeyd etməyi unutmayın...
Resept http://www.say7.info/ saytindan tercume olunub

27 mart 2010
GO BACK