Tərkibi:
1 paket marqarin
2 ədəd yumurta
1 stəkan şəkər pudrası
2 y/q qatıq
2 stəkan un
2 kasa çilək
1 tablet əridilmiş şokolad
Hazırlanması:
Bütün tərkibi hazırlayın.
Xəmiri yoğurun və yarısını soba listinə yerləşdirin. Üzərindən bərk basdırın.
Sonra çiyələkləri əlavə edin.
Xəmirin geri qalanını üzərinə örtəcək şəkildə yayın.
Xəmiri 120 dərəcə 30 dəqiqə bişirin və kvadrat formasında kəsin. Üzərini əridilmiş ağ şokolad ilə bəzəyin.
Nuş olsun!