Tərkibi:
3 ədəd yumurta
1 stəkan şəkər
1 stəkan duru yağ
1 paket kabartma tozu
Lazım olduğu qədər un
Ara qat üçün:
1 paket kakaolu biskvit
2 y/q kərə yağı
Üst qat üçün:
yarım paket krem
1 y/q darçın
Hazırlanması:
Biskvitləri qırın və əridilmiş kərə yağı əlavə edib qarışdırın.
Keks tərkibini qarışdırın. Keks xəmirinin yarısını qaba yerləşdirin.
Biskvitləri keksin üzərinə əlavə edin.
Biskvitlərin üzərinə qalan keks xəmirini yerləşdirin.
Sonra keksi 10 dərəcə 30 dəqiqə bişirin. Üzərinə əlavə edəcəyiniz sousu hazırlayın. Bunun üçün kremi çırpın və darçın əlavə edin. Keks bişəndən sonra üzərinə əlavə edin.
Nuş olsun!