Tərkibi:
Xəmir üçün:
3 y/q kərə yağı
1 stəkan şəkər
1 y/q darçın
1 ədəd yumurta
2 stəkan un
Karamel üçün:
1 stəkan şəkər tozu
1 paket krem
1 y/q kərə yağı
Hazırlanması:
Xəmir tərkibini yaxşıca yoğurun. Hazırladığınız xəmiri qoz böyüklüyündə hissələrə ayırın.
Xəmir hissələrinin üzərilərini yuvarlaq açın.
Peçenyeləri 120 dərəcə isitdiyiniz sobaya qoyun və 30 dəqiqə bişirin.
Şəkər və kərə yağını qarışdırın və üzərinə kremi əlavə edib karamel hazırlayın.
Nuş olsun!