Tərkibi:
18 ədəd kakaolu biskivit
yarım paket kərə yağı
2 ədəd şokoladlı qoflet
Üstü üçün;
1 paket krem pendir
1 fincan şəkər pudrası
1 paket krem
3 ədəd yumurta
3 y/q fıstıq əzməsi
Hazırlanması:
Biskivitləri rondondan keçirin.
Sonra birkivitləri əridilmiş kərə yağı ilə qarışdıraraq listə əlavə edin. Qofletləri üzərinə düzün.
Şokoladı əridin.
Boş bir qabda krem pendir, şəkər pudrası, krem və yumurtaları qarışdırın. Bu qarışımı iki hissəyə ayırın.
Birinə fıstıq əzməsini əlavə edib qarışdırın. Digərinə isə şokoladı əlavə edin.
Listdəki qarışımın üzərinə birinci ağ qarışımı sonra isə şokoladlı qarışımı əlavə edin.
120 dərəcə 20 dəqiqə sobada bişirin. Üzərinə karamel əlavə edin.
Nuş olsun!