Tərkibi:
115 qram kərə yağı
175 qram un
2 y/q şəkər
1/4 ç/q duz
60 ml soyuq su
359 qram alma
2 y/q limon suyu
1/4 ç/q zəcəfil
1 ədəd yumurta
Hazırlanması:
Un, şəkər, duz və kərə yağını böyük qırıtılar halında yoğurun. Sonra un və su əlavə edərək hamar hala gətirin. Xəmirin üzərini örtərək soyuducuda ən az 2 saat saxlayın.
Almaları incə-incə dilimləyərək qazana qoyun. Üzərinə limon suyu, darçın və zəncəfil əlavə edərək orta dərəcədə 5 dəqiqə bişirin.
Xəmiri incə formada yayıb qəliblər ilə kəsin. İçinə almalı qarışımdan qoyaraq istədiyiniz formanı verin.
Yumurtanı çırparaq şirniyyatın üzərinə çəkin. Sonra üzərinə şəkər tozu səpib 200 dərəcə 20 dəqiqə bişirin.
Nuş olsun!