Tərkibi:
2 fincan yağ
2 fincan qəhvəyi şəkər
2 yumurta
2 çay qaşığı vanil
1 çay qaşığı soda
1/2çay qaşığı qabartma tozu
1/2 çay qaşığı duz
3 fincan un
2/3 fincan doğranmış pekan qozu
2 çay qaşığı vanilin
3 çay qaşığı şəkər
1/2 fincan isti su
Soba öncədən 175 dərəcə qızdırılır.
Yağ orta atəşdə 5 dəqiqə ərzində, və ya rəngı qəhvəyiləşənəcən qızdırılır. Köpüklənmə və qabarcıqlar qəhvəyiləşmə prosesinin bir hissəsidir, lakin bu zaman yağın yanmamsına diqqət edin. Ocaqdan götürdükdən sonra biraz soyumasını gözləyin. Yağın ½ hissəsini soyuducuya qoyun.
Yağın qalan hissəsini dərin bir kasaya tökün. Soyuduqdan sonra üzərinə qəhvəyi şəkəri əlavə edin. Üzərinə yumurta, 2 çay qaşığı vanil, soda, qabartma tozu və duz elave edib yaxşıca qarışdırın. Un və doğranmış qozları əlavə edib biryerde qarışdırın. Yemək qaşığı həcmində xəmiri tavaya tökün.
Əvvəlcədən isidilmiş tavada 10 dəqiqə və ya kənarları azacıq qızaranadək bişirin. Sobadan çıxardıqdan sonra soyumasını gözləyin.
Orta ölçülü bir kasada əvvəlcədən ayrılıb saxlanılmış ½ fincan yağı, 2 çay qaşığı vanil, şəkər və isti su ilə birgə qarışdırın. Yaxşı həll olunanadək çaldıqdan sonra soyudulmuş peçenyelərin üzərinə əlavə edin.