9 nəfərlik
Tərkibi:
160 qram un
1/4 çay qaşığı qabartma tozu
65 qram şəkər
1 çay qaşığı vanil
1 ədəd yumurta
200 qram bitter şokolad
100 ml krem
Hazırlanması:
Un və qabartma tozunu qarışdırın. Kərə yağı əlavə edib xəmir olana kimi qarışdırn.
Şəkər, vanil, yumurta əlavə edib hamar olana kimi qarışdırn.
Xəmiri streç filmə bağlayıb 60 dəqiqə soyudun.
Şokoladı doğrayın. Kremi isidib şokoladın üzərinə əlavə edin və qarışdırn.
Sobanı 180 dərəcə isidin. Xəmiri incə yayın və yuvarlaq kəsin. Perqament kağızını soba listinin üzərinə qoyub, üzərinə xəmirləri düzün və sobada qızarana kimi bişirin.
Şokoladlı qarışımı sıxma torbasına doldurun. Soyuyan peçenyelərin arasına sıxın. Ardından bir peçenyeni şokolad sıxılmış digər peçenyenin üzərinə qoyun. Sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun.