Tərkibi:
150 q un
100 qram yulaf əzməsi
100 qram hind qozu parçaları
100 qram əsmər şəkər
50 qram şəkər kirşanı
1 çay qaşığı karbonat
175 q kərə yağı
2 yemək qaşığı bal
25 q quru üzüm və ya zoğal (istəyə bağlı)
Hazırlanması:
Soba 170 dərəcədə qızdıraq. Bütün quru materialları bir qabda birləşdirək.
Qazanda kərə yağını əridək. Bir kasada yağ və balı əlavə edək. Digər quru tərkib ilə birlikdə qarışdıraq. Quru üzüm və ya zoğal əlavə edək.
Qarışımdan xörək qaşığı ilə alıb toplar edək. Soba listinə düzüb sobada 10-15 dəqiqə bişirək.
Nuş olsun.