Tərkibi:
"Best Cow" kərə yağı - 150 q.
Portağal cemi - 50 q.
Portağalın qabığı - 2 ədəd
Şəkər tozu - 70 q.
Yumurta - 2 ədəd (sarısı)
Un - 220 q.
Vanil - 5 q.
Duz - 1 çimdik
Hazırlanması:
Əvvəlcə yumşaldılmış kərə yağı ilə şəkər tozu, duz və vanil möhkəm çalınır.
Üzərinə yumurtanın sarısı əlavə edilir.
Sonra ələnmiş un əlavə edılır.
İndi xırda gözdə keçirilmiş portağal qabığı əlavə edilir.
Yumşaq bir xəmir yoğrulur.
Xəmir hazır olduqdan sonra onu sallofana büküb buzxanaya 20 - 30 dəqiqəlik müddətdə qoymaq lazımdır.
Xəmir 3 - 4 mm. yayılır.
Xəmirin yarısı stəkanla kəsilir.
Xəmirin ikinci yarısı bu cür kəsilir.
Hər bir peçenyenin üzərində bir az cem çəkilir.
Sonra digər peçenye cemin üzərinə astaca qoyulur. Çəngəllə və ya diş çöpü ilə xəmirə naxış vururuq.
Soba listinə yağlı kağız sərin və hazır pecenyeləri listə yığırıq.
180 dərəcədə 20 - 25 dəqiqə bişirin.
Peçenyelərimiz hazır olduqdan sonra soyumağa qoyuruq.
Nuş olsun!