Qadin.NET / Naringili peçenye (foto resept)

Naringili peçenye (foto resept)

Tərkibi:

 "Best Cow" kərə yağı - 150 q.

Naringi şirəsi - 100 ml.

Naringi qabığı- 1 c. q.

 Qəhvəyi rəngli şəkər tozu - 2 - 3 x. q.

Qabartma tozu - 1 ç. q.

Yumurta - 2 ədəd

Un - 1 stəkan yarım

Şokolad - 50 q.

Hazırlanması:   

Əvvəlcə yumşaldılmış kərə yağı ilə şəkər tozu möhkəm çalınır. 

 

Sonra yumurta, xırda gözdə keçirilmiş naringi qabığı və naringi şirəsi əlavə edilir. 

Sonra ələnmiş un və qabartma tozu qatılır.
Yumşaq bir xəmir yoğrulur. Xəmir hazır olduqdan sonra onu sallofana büküb buzxanaya 20 dəqiqəlik müddətdə qoymaq lazımdır. Xəmir yayılır. Və balaca stəkanla kəsirik.  

Soba listinə yağlı kağız sərin və kəsilmiş pecenyeləri listə yığırıq. 

 180 dərəcədə 10-12 dəqiqə bişirin. 

Peçenyelərimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

 
Şokolad su hamamında əridilir.
Sonra ərinmiş şokoladla pecenyelərin üzərinə xətlər çəkirik. 
 Peçenyelərimiz hazırdır!

Nuş olsun!

 (Tərcümə edilib)
9 fevral 2017
GO BACK