Qadin.NET / Kakoslu mandarinli peçenye

Kakoslu mandarinli peçenye

Kakoslu mandarinli peçenye

 

Tərkibi:

150 qram kərə yağı

1 ədəd yumurta

100 qram şəkər pudrası

200 qram kokos yonqarı

200 qram un

1 mandarinin sedrası

1 xörək qaşığı mandarin şirəsi

3-4 ədəd mandarin

şəkər tozu

1 yumurtanın sarısı

 

Kakoslu mandarinli peçenye

 

Hazırlanması:

Yumşaq yağı yumurta və şəkər pudrası ilə çalın, un, kokos yonqarı, sedra və şirə əlavə edib xəmiri yoğurun. Kolbasa formasına salıb soyuducuda 1 saat saxlayın.

Mandarinləri 1-2 mm qalınlıqda doğrayın.

Xəmirdən qoz boyda kündələr tutun. Hər birini mandarin dilimi boyda yayın, üzərinə yumurta sarısı çəkin, doğranmış mandarin dilimi qoyub şəkər tozu səpin.

180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Kakoslu mandarinli peçenye

Nuş olsun!

25 yanvar 2017
GO BACK