Tərkibi:
"Best Cow" kərə yağı - 150 q.
Şəkər tozu - 150 q.
Yumurta - 3 ədəd
Vanil - 2 ç. q.
Qabartma tozu - 2 ç. q.
Un - 350 - 400 q.
Bəzək üçün
Cem
Doğranmış badam
Hazırlanması:

Əvvəlcə yumşaldılmış kərə yağı ilə şəkər tozu möhkəm çalınır.

Yumurta əlavə edilir.

Sonra vanil əlavə edirik.

İndi isə un və qabartma tozunu az-az əlavə edib qarışdırırıq və yumşaq bir xəmir yoğrulur.

Xəmir yayılır.

Və balaca stəkanla kəsirik.

Soba listinə yağlı kağız sərin və kəsilmiş pecenyeləri listə yığırıq.
180 dərəcədə 10-15 dəqiqə bişirin.
Peçenyelərimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Hər bir peçenyenin üzərinə 1 çay qaşığı cem çəkilir.

Sonra cemin üzərinə doğranmış badam səpirik.

Cemli peçenyelərimiz hazırdır!

Nuş olsun!
(Tərcümə edilib)