Qadin.NET / "Şəftalı" peçenyesi (foto resept)

"Şəftalı" peçenyesi (foto resept)

Tərkibi:

 Yumurta - 2 ədəd

 "Best Cow" kərə yağı - 60 q.

 Şəkər tozu - 200 q.

 Xama - 20 % - li - 3 x. q.

Qabartma tozu - 10 q 

Un - 500 q.

Vanilin - 1 ç. q.

Krem üçün:

 Qatlaşdırılmış süd - 1 qutu (bişmiş) 

"Best Cow" kərə yağı - 200 q

Fındıq ləpəsi - 100 q.

Vanilin - 1 ç. q.

Üzəri üçün:

Qida boyası ya da ki, 2 - ədəd çuğundur, 3 - ədəd kök

Şəkər tozu - 100 q.

Süd - və ya adi su - 1 stəkan

 Hazırlanması:   

 

Əvvəlcə yumurta ilə şəkər tozu çalınır.

Sonra üzərinə yumşaq kərə yağı əlavə edirik. 
İndi isə, xama və vanil əlavə edilir.

Sonra ələnmiş un və qabartma tozu əlavə edirik. Yaxşıca qarışdılır 

Yumşaq bir xəmir yoğrulur.  

Xəmir 10-15 dəqiqə dincəldikdən sonra onu bölürük. Və əlimizin altında şəkildə gördüyünüz kimi yumrulayırıq.

Xəmir kündələnir.

Həmin kündəni də iki yerə bölüb yumrulayırıq.

Listə yağlı kağız səririk.
 
Soba listinə düzüb 180 - 200 dərəcədə 10 - 15 dəqiqə bişirilir.  
Peçenyelərimiz hazır olduqdan sonra soyumağa qoyuruq.

Soyumuş peçenyelərin ortasını şəkildəki kimi səliqəli kəsirik.

Bu ərəfədə kremi hazırlayaq:

Kərə yağını mikserlə yaxşıca çalıb üzərinə vanil və qatlaşdırılmış süd əlavə edin. Sonra yenidən yaxşıça çalırıq. 

Sonra peçenyelərin ortasına qovulurmuş findıq ləpəsi qoyuruq. (Hər birinə)

Hər bir peçenyenin üzərində 1 qaşıq krem çəkilir. 

Sonra digər peçenye kremin üzərinə astaca qoyulur.  

 

İndi rəngləri hazırlayırıq:

1. çi. Bişmiş soyuq südü iki qaba tökürük. Adi su ilə də etmək olar.

Sonra qabın birinə bir az çuğundur şirəsi əlavə edib yaxşı qarışdırırıq.

2. çi. İndi sarı rəngi hazırlayaq: Kök şirəsi və süd qarışdırılır.

Gördüyünüz kimi, gözəl təbii rəng alındı.

Hazır peçenyelərin bir üzünü sarı rəngə batırırıq, o biri üzünü isə, qırmızı rəngə batırırıq.
Sonra hazır peçenyeləri şəkər tozuna batirilir.

Daha sonra folqa üzərinə düzürük ki, peçenyelər qurusun.

Zövqə görə nanə yarpaqlari ilə bəzəyə bilərsiniz.

Şəftali peçenyelərimiz hazırdır!
Nuş olsun!  nyam
    (Tərcümə edilib)
30 oktyabr 2016
GO BACK