Tərkibi:
Un - 450 q.
Yumurta - 2 ədəd
Quru maya - 5 q.
Qabartma tozu - 10 q.
Alma cemi - 200 q.
"Best Cow" kərə yağı - 230 qr
Şokoladlı halva - 200 q.
Süd - 150 ml.
Sirkə - 1 x. q.
Duz - 1 çimdik
Hazırlanması:
Yumurta 1 çimdik duzla möhkəm çalınır.
Sonra çalınmış yumurtanın üzərinə isidilmiş ilıq südü və əridilmiş kərə yağını əlavə edib çalırıq.
Bu ərəfədə quru maya və sirkə əlavə edib çalırıq.
Xəmiri 5 mm ölçüsündə yayırıq.
İçliyin hazırlanması belədir:
Halva çəngəllə əzilir, sonra üzərinə 50 qr. kərə yağı əlavə edin, və yaxşı qarışdırılır.
Təkcə cemdən də etmək olar. Cemdən bir qədər götürüb xəmirin üzərinə yerləşdirin və sonra bükün.
Soba listinə yağlı kağız sərin və pecenyeləri listə yığırıq.
İstəsəniz bükülmüş peçenyeləri şəkər tozuna da batıra bilərsiz.
Üzərini dəsmalla örtürük və 15 dəqiqə kənara qoyuruq.
Sonra 180 dərəcədə 20 dəqiqə bişirin.
Budur, peçenyelərimiz hazırdır!