Qadin.NET / Pendirli peçenye (foto resept)

Pendirli peçenye (foto resept)

Tərkibi:

Yumurta - 2 ədəd

 "Best Cow" kərə yağı - 100 q

Qabartma tozu - 2 ç. q.

Paprika bibərinin əzilmişi - 1 ç. q.

Ədviyyatlar - 2 ç. q.

Un - 150 - 200 q.

Pendir - duzsuz - 150 q. 

Duz - 1 ç. q.

Hazırlanması:  

Əvvəlcə pendir sürtgəcin xıda gözündən keçirilir. 

Sonra ayrı bir qabda yumşaldılmış kərə yağı ilə duzu qarışdırın. 

Yumurta əlavə edilir. 

Sonra acı bibər və bəyəndiyiniz ədviyyatlardan əlavə edirik.

 Yaxşıca qarışdılır.

Sonra pendir əlavə edilir.

Yenə yaxşı qarışdırılır.

İndi isə, un və qabartma tozunu az-az əlavə edib qarışdırırıq, və yumşaq bir xəmir yoğrulur.

Xəmiri 5 - 7 mm ölçüsündə yayırıq. 

Və istədiyiniz formalarda kəsirik.  

Soba listinə yağlı kağız sərin və kəsilmiş pecenyeləri listə yığırıq. 

180 dərəcədə  20 - 25 dəqiqə bişirin. 

Və budur, pendirli peçenyelərimiz hazırdır!

Nuş olsun!

 (Tərcümə edilib)
8 oktyabr 2016
GO BACK