Tərkibi:
2 - ədəd yumurta
250 qr - "Best Cow" kərə yağı
150 qr - Şəkər kirşanı
Vanil - 1 ç. q.
300 qr - Qarğıdalı nişastası
175 - qr un
2 - qutu qatlaşdırılmış süd (4 - 5 saat bişmiş)
Kokos - üzəri üçün
Hazırlanması:
Əvvəlcə xəmir hazırlanır.
Şəkər tozu yumşaldılmış kərə yağı ilə çırpılır.
İndi isə, qarğıdalı nişastası əlavə edilir.
Sonra ələnmiş unu əlavə edirik. Yaxşıca qarışdılır.
Yumşaq bir xəmir yoğrulur.
İki saatdan sonra xəmiri soyuducudan çıxardıb 4 yerə bölürük, yəni 4 kündə edirik.
Sonra hər bir kündə ayrca yayılır. Xəmiri 5 mm ölçüsündə yayırıq.
Və istədiyimiz formalarda kəsirik.
Soba listinə düzüb 180 dərəcədə 8 - 10 dəqiqə bişirilir.
Peçenyelərimiz hazır olduqdan sonra soyumağa qoyuruq.
Hər bir peçenyenin üzərinə 1 qaşıq krem çəkilir.
Sonra digər peçenye kremin üzərinə astaca qoyulur.
Hazır peçenyelərin üzərinə kokos səpilir.
Kremli peçenyelərimiz hazırdır.
Nuş olsun!