Qadin.NET / Sadə peçenye (foto resept)

Sadə peçenye (foto resept)

Tərkibi:

2 - ədəd yumurta

100 qr - "Best Cow" kərə yağı 

100 qr - Şəkər tozu

100 qr - Xama 10 və ya 20 % - li

100 qr - Qarğıdalı unu

200 - 250 qr un

2 c. q. - Qabartma tozu 

Hazırlanması:   

Əvvəlcə yumşaldılmış kərə yağı ilə şəkər tozu mohkəm çırpılır. 

 

Yumurta əlavə edilir. 

Sonra xama əlavə edirik.

 Yaxşıca qarışdılır.

İndi isə, qarğıdalı unu əlavə edirik.

Yenə yaxşı qarışdılır.

İndi isə, un və qabartma tozunu az-az əlavə edib qarışdırırıq və yumşaq bir xəmir yoğrulur.  

Xəmiri 5 mm ölçüsündə yayırıq. 

Yayılmış xəmirin üzərinə bir az şəkər tozu səpirik.

Və istədiyiniz formalarda kəsirik.  

Soba listini yağlayıb unlayırıq, yada ki, yağlı kağız sərin və kəsilmiş pecenyeləri listə yığırıq. 

 180 dərəcədə  10 - 15 dəqiqə bişirin. 

Sadə peçenyelərimiz hazırdır.

Nuş olsun!

 (Tərcümə edilib)
17 sentyabr 2016
GO BACK