Tərkibi:
1 paket biskvit peçenye (Nimçəniz böyükdürsə daha çox) və ya kakaolu peçenye
1 stəkan un
1 stəkan şəkər
1 ədəd yumurta
1 kq süd
1 paket "Best Cow" yağını 4/1-ni istifadə edirsiniz
1 stəkan qoz
3-4 ədəd banan
Hazırlanması:
Əvvəlcə peçenyeləri çalıb, un halına gətirib, soba nimçəsinə yayırıq.
Bir kq südümüzə bir yumutanı, 1 stəkan unu, 1 stəkan şəkəri əlavə edib, davamlı qarışdıraraq bişiririk. Tündləşəndə içinə kərə yağını atıb əriyənə qədər qarışdırırıq. Altını bağlayıb gözlətmədən, bir çömçə köməyiylə yavaşca nimçəyə düzdüyümüz peçenyelərin üzərinə yayırıq (Sürətli töksəniz peçenyelər dağılır).
Üzərinə qozumuzu sərpirik. Soyuyanda soyuducuya qoyuruq. Mən, ümumiyyətlə, axşamdan edirəm, sabahısı günə hazır olur. 6-7 saat soyuducuda dayanması lazımdır.
İndi nimçəmizdəki vəsaiti düzbucaqlı şəklində kəsəcəyik. Bananları əvvəl ortadan ikiyə kəsib, sonra dördə bölürük.
Kəsdiyimiz düzbucaqlının hər birinə bir dənə banan qoyuruq.
Bananlar arasında qalıb rulo olacaq şəkildə qatlayırıq. Servis qabına sadalayırıq.
Yeyənə qədər yumuşaq olmasın deyə soyuducuda qalmalıdır.
Nuş olsun!
P.S. Mən bu resepti ilk dəfə internetdə görüb hazırlamışdım və oğlumun xoşuna gəldiyi üçün artıq tez-tez edirəm. Buyurun, əminəm ki, bəyənəcəksiniz. Mən əsasən bananlı edirəm. Siz zövqünüzə görə edə bilərsiniz.