Tərkibi:
Un - 400 q
Şəkər tozu - 80 q
Yumurta - 2 ədəd
Yumurta sarısı - 1 ədəd
"Best Cow" kərə yağı - 150 q
Süd - 3 xörək qaşığı
Vanilin - 1 paket
Qabartma tozu - yarim çay qaşiği
Limon - 1 ədəd (Şirəsi)
Şəkər kirşanı - xörək qaşığı
Qara qilas, və ya albali - 150 q
Badam - 100 q
Hazırlanması:
İlk olaraq xəmir üçün olan bütün ərzaqları qarışdırıb yumşaq xəmir hazırlayırıq.
Xəmiri təxminən 0.5 sm qalınlığında yayırıq və bu cür fiqurla xəmirimizi kəsirik.
Kəsilmiş xəmirləri soba listinə sərilmiş yağlı kağız üzərinə düzürük.
Sonra da üzərinə yumurtanın sarısını yaxşıca çalıb, üzərinə süd əlavə edin.
Bir daha çalib fırça ilə xəmirin üzərinə çəkirik.
İndi isə, hər bir kəsilmiş xəmirin üzərinə təmizlənmiş badam düzürük.
Və 180 dərəcədə 10-15 dəqiqə ərzində isidilmiş sobada bişriririk.
Başqa bir balaca qabda şəkər kirşanının üzərinə az-az limon şirəsi əlavə edin, krem halına gələnə qədər qarışdırmaq lazımdır.
İndi isə, yuyulmuş albalılar iki bölünür, tumları çıxarılır.
Və bişmiş soyudulmuş peçenyenin üzərindəki badamın bir başına bir az limonlu şəkərli krem qoyulur, üzərinə də albalı yerləşdirilir. Yəni göbələk görünüşü yaradırıq.
Peçenyelərimiz hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)