Yağ - 75qr
Şəkər - 40qr
Qarğıdalı nişastası - 25qr
Un - 75qr
Pudra şəkəri - 250qr
İlıq su - 6 çay qaşığı
Fiqur kəsmə alətləri
Sok icmə çöpləri
Qalın bıçaq
1.Xamırı yoğurub peçenyeni bişirin və onlar hələ soyumadan plastik sok çöpləri ilə hər bir peçenyenin yuxarı hissəsinə keçirin.Nəticədə peçenyelərdə irəlidə onları asa bilməniz üçün dəlik açılacaqdır.Sok çöpləri bir qadər vaxt peçenyelerin üzərində sobada qalsın.(dəliklər qapanmasın deyə).
2.Pudra şəkəri ilə ilıq suyu qarışdırıb krem halına gətirin.Qalın bıçaqla alınmış krem kütləsini peçenyelərin üzərinə çəkin.Bu zaman sürətli hərəkət edin ki,pecenyelər soyumasın.
3.Pecenyeləri zövqünüzə görə üzərlərini bəzəyin.
4.Sok çöplərini irəli-geri cəkməklə yavaşca çıxarın.
5.Müxtəlif rənglə lentləri şəkildə göstərildiyi kimi peçenyelərdən keçirin.
Vəssalam.Artıq Yeni il gecəsi Şam ağacına bəzək oyuncağı kimi də bu peçenyelərinizi asa bilərsiniz.
Nuş olsun!