Tərkibi:
Un- 360 q
Kəsmik-180 q
Süd -70 ml
Şəkər tozu- 120 q
"Best Cow" kərə yağı- 60 q
Yumurta- 2 ədəd
Maya - 1 ç.q
Limon və ya portağal qabığı
Duz
Hazırlanması:
İlk olaraq südü qızdırırıq. İlıq südün üzərinə maya, 2 qaşıq un, 2 qaşıq şəkər tozu əlavə edib qarışdırırıq.
30 dəqiqə gözləyirik.
Kərə yağını yumurta və şəkər tozu ilə yaxşı-yaxşı qarışdırırıq.
Sonra limon və ya portağal qabığı sürtgəcdən keçiririk. Kəsmik və duz əlavə edib yenidən qarışdırmaq lazımdır.
Sonra mayalı südü əlavə edib yenidən qarışdırırq.
Üzərinə un ələyib yumşaq xəmir yoğururuq. Ən az 1 saat xəmiri dinləndiririk.
Və xəmiri xırda-xırda kündələrə ayırırıq. Bişirəcəyimiz qablara yığıb üzərinə dəsmal səririk.
Daha 20 dəqiqə gözlədikdən sonra bişirmək lazımdır.
Üzərinə yumurta sarısı çəkib 200 dərəcədə 30 dəqiqə bişiririk. Çox yumşaq bulkular olur.
Nuş olsun!