Lazım olan ərzaqlar:
2yumurta
1st şəkər tozu
250 qr yumşaldılmış "Best Cow" kərə yağı
0,5 cay qaşıq soda
4st un
Heyva cemi
Hazırlanması:
Yumurtanı şəkər tozu ilə yüngülvari çalın. Soda əlavə edib qarışdırın. Üzərinə un və yağı əlavə edib çoxda bərk olmayan xəmir yoğurun.
Hazır olan xəmiri 2 hissəyə bölün.
Kündələrin birini dondurucuya qoyun, bərkisin. Digərini isə bişirəcəyiniz listə əlinizlə yayın.
Yaydıqdan sonra heyva cemini üzərinə çəkin.
Cemi çəkdikdən sonra dondurucuda olan xəmiri götürüb sürtkəcin iri gözündən keçirin.
Hazır olan piroqu 250 dərəcədə bişirin.
İstədiyiniz formada kəsib süfrəyə qoya bilərsiniz.
Nuş olsun!