Tərkibi:
Xama- 1 stəkan
"Best Cow" kərə yağı-200-250 q
Yumurta- 5 ədəd
Un- 4 stəkan
Vanil
İçlik üçün:
Şəkər tozu-1,5 stəkan
Limon-0,5 ədəd
İstəyə uyğun badam, fındıq və ya qoz ləpəsi
Şəkər pudrası
Hazırlanması:
Un yağla ovulur.
Üzərinə yumurta sarısı, xama, vanel əlavə edilib xəmir hazırlanılır. ( Un lazım olarsa əlavə etmək olar)
Hazır xəmirdən kiçik toplar edilib üzərinə sellefon çəkilərək 1 saat soyuq yerdə və ya soyuducuda dinləndirilir.
Yumurta ağı şəkər tozu ilə çalınıb beze alınana qədər üzərinə limon suyu sıxılır.
Badam, fındıq və ya qoz ləpəsi xırdalanılır.
Bezenin üzərinə əlavə edilərək ehmalca qarışdırılır.
Hər kündə nazik yayılıb ortasına içlikdən qoyulur.
Əvvəlcə bir istiqamətdə sonra digər üzünə qatlanır şəkildəki kimi.
Yağlı kağız sərilmiş listə düzülərək 180-200 dərəcədə isidilmiş sobada hazır olana qədər bişirilir.
Üzərinə şəkər pudrası səpilir.
Balıqqulağı peçeniyelərimiz hazırdır .
Nuş olsun!
(Tərcümə edilib)