Tərkibi:
1 yumurtanın ağı
1 xörək qaşığı şəkər tozu
Vanil
1 stəkan kakos
Yumurtanın ağı əvvəlcə yaxşı qarışdırılır.
Sonra üzərinə 1 xörək qaşığı şəkər tozu əlavə edib yaxşıca qarışdırırıq.
Daha sonra vanil əlavə edirik.
1 stəkan da kakos əlavə edib yaxşı-yaxşı qarışdırırıq.
Hazırladığımız kütləni ovcumuzun içində formaya salıb yağladığımız listə düzürük.
Peçenyalarmızın üstü qızardısa demək artıq hazırdır. 15-20 dəqiqəyə bişir.
Nuş olsun!