Qadin.NET / Sadə burma (foto resept)

Sadə burma (foto resept)

Tərkibi:

1 Xəmir:

200 q xama

200 q un

0,5 ç/q qabartma tozu

2 Xəmir:

200 q "Möcüzə" paket yağı

200q un

0,5 ç/q qabartma tozu

İçlik üçün:

Şokolad

Kişmiş

Cem

Zövqə görə hər hansı biri götürülə bilər

Hazırlanması:

Birinci xəmiri hazırlamaq üçün un qabartma tozu ilə qarışdırılıb xama əlavə edərək xəmir hazırlanılır.

İkinci xəmiri də bu qayda ilə hazırlayıb ayrı-ayrılıqda yayılır və üst-üstə qoyularaq yayılır .

 

Sadə burma (foto resept)

 

Şəkildəki qayda ilə təkrar 2-3 dəfə qatlanıb yayılır.

 

Sadə burma (foto resept)
Sallofana büküb soyuducuda 45-50 dəqiqə saxlayıb təkrar yayıb qatlayaraq təkrar 2 dəfə edilir. 
Sadə burma (foto resept)

Hazır xəmirdən istənilən şirniyyat və qəlyanaltılarda istifadə etmək mümkündür.

Yayılmış xəmir üçbucaq şəklində kəsilib istənilən içlik qoyulub burulur.

Sadə burma (foto resept)
Sadə burma (foto resept)

Hazır burmalar listə yığılaraq 180-200 dərəcədə hazır olana qədər sobada bişirilir.

Sadə burma (foto resept)

Burmalarımız hazırdır.

Sadə burma (foto resept)
[center]Sadə burma (foto resept)[/center
Nuş olsun!
 (Tərcümə edilib)
5 iyul 2015
GO BACK