Qadin.NET / Yerfındıqlı kokoslu peçenye (foto resept)

Yerfındıqlı kokoslu peçenye (foto resept)

Tərkibi:

Un - 300 q

"Möcüzə"paket yağı - 120 q

Yumurta-2 ədəd (sarısı)

Şəkər tozu - 120 q

Qabartma tozu - 1 paket

Kokos - 1 paket

Vanilin - 1 paket

Yerfındığı  - 100 q.

Qatlaşdirilmiş süd  3 - 4 x. q.

"Zeytun ybağları" zeytun yağı-  2 x. q.

Bal -2 x. q.

Hazırlanması:

  Yerfındıqlı kokoslu peçenye (foto resept)

Şəkər tozu, vanilin, yumurtanın sarısı və kərə yağı birlikdə qarışdırılır.

Tamhəll olanadək qarışdırırıq.

  Yerfındıqlı kokoslu peçenye (foto resept)

Kənarda unla qabartma tozunu qarışdırın.

    Yerfındıqlı kokoslu peçenye (foto resept)

İndi isə, ələnmiş un və qabartma tozu əlavə edib, xəmir yoğururuq. 

  Yerfındıqlı kokoslu peçenye (foto resept)

 Hazır xəmiri qida üçün olan sellofana büküb, yarım saat saxlayırıq.

İçliyi hazırlamaq üçün, yerfındığı blendirdə əzilir.

Sonra da üzərinə zeytun yağı və bal əlavə edib yaxşı qarışdırırıq. 

 Hazır içliyi 5-10 dəqiqə soyuducuya qoyuruq.

  Yerfındıqlı kokoslu peçenye (foto resept)

Sonra xəmiri 0.5 sm. qalınlığında yayırıq və stəkanla kəsirik.  

Yağlı kağız sərilmiş listə yığıb 180 dərəcədə 15 dəqiqə, hazır olana qədər bişirilir.

Bu ərəfədə kremi hazırlayaq.

İndı, qatlaşdirilmiş süvə əzilmiş yerfındığı yaxşıça qarışdırılır.

  Yerfındıqlı kokoslu peçenye (foto resept)

Peçenyelərimiz soyuyandan sonra arasına çay qaşığı ilə kremdən qoyub, digər peçenyeni də üzərinə yerləşdiririk. 

Sonra bir az da üzərinə çəkin və kokosa batırıb kağız üzərinə düzüb soyuducuya qoyun.

Dadını hiss etmək üçün yaxşı olar ki, 5-6 saat saxlayasız.

Sonra isə qaba düzüb süfrəyə verə bilərsiniz.

   Budur, yerfındıqlı kokoslu peçenyemiz hazırdır.

  Yerfındıqlı kokoslu peçenye (foto resept)

Nuş olsun!

  (Tərcümə edilib)

19 iyun 2015
GO BACK