Qadin.NET / Kəsmikli-limonlu peçenye (foto resept)

Kəsmikli-limonlu peçenye (foto resept)

Tərkibi:

Kəsmik-100 q

Şəkər tozu- 50 q

Yumurta -1 ədəd

"Best Cow" kərə yağı- 50 q

Bal-1 çay qaşığı

Un-100 q

Vanilin

Qabartma tozu

Limon-1 ədəd

Şəkər kirşanı

Hazırlanması:

Kəsmikli-limonlu peçenye (foto resept)

Kəsmiyi, şəkər tozunu və yumurta sarısını blenderdə qarışdırırıq.

Kəsmikli-limonlu peçenye (foto resept)

Əritdiyimiz yağı və balı üzərinə əlavə edib yenidən qarışdırmaq lazımdır.

Sonra vanilin və qabartma tozunu unla qarışdırıb blenderə əlavə edirik.

Kəsmikli-limonlu peçenye (foto resept)

Zəif sürətlə yenidən qarışdırırıq. Sonra üzərinə limon suyu və qabığını sürtkəcdən keçirib əlimizlə xəmir yoğururuq.

Kəsmikli-limonlu peçenye (foto resept)

Sonra xəmirimizə uzunsov forma verib, eyni boyda xırda-xırda kəsib dairələr hazırlayırıq.

Dairələri yağlanmış falqanın üzərinə düzürük.

Kəsmikli-limonlu peçenye (foto resept)

180 dərəcədə 15-20 dəqiqə bişirmək lazımdır.

Kəsmikli-limonlu peçenye (foto resept)

Başqa bir fincanda şəkər kirşanının üzrinə az-az su əlavə edərək bərk maye halına gələnə qədər qarışdırmaq lazımdır.

Kəsmikli-limonlu peçenye (foto resept)

Peçenyelərimizin üzərinə şəkildəki kimi əlavə edib 15-20 dəqiqə sonra süfrəyə verə bilərik.

Kəsmikli-limonlu peçenye (foto resept)

Nuş olsun!

(tərcümə olunub)

27 aprel 2016
GO BACK