Tərkibi:
200 qr. şəkər tozu
2 ədəd yumurta
150 ml. süd
150 qr "Möcüzə" paket yağı
2 ç. q. Qabartma tozu
450 - 500 qr un
Şəkər pudrası
2 paket vanilin
Hazırlanması:
Yumuşalmış yağ çalınır. Üzərinə şəkər tozu və vanil əlavə edilib yaxşıca çalırıq.
Sonra yumurta əlavə edirik.
Daha sonra südü də əlavə edib mikserlə çalmağa davam edin.
Unla qabartma tozu qarışdırılır.
Və əlavə edilib xəmir hazırlanılır.
Xəmirimiz hazırdır. Sonra yayırıq.
Sonra 5-7 mm. qalınlığında yayıb forma ilə kəsin.
Yağlı kağız sərilmiş listə yığıb 180 dərəcədə 20 - 25 dəqiqə, hazır olana qədər bişirilir.
Hazır peçenyelərin üzərinə şəkər pudrası səpilir.
Nuş olsun!