Qadin.NET / Milan peçenyesi (foto resept)

Milan peçenyesi (foto resept)

Tərkibi:

"Möcüzə"paket yağı- 200 q

Şəkər tozu- 350 q

Yumurta - 6 ədəd

Vanil- 2 paket

Limon şirəsi-2 xörək qaşığı

Un- 200 q

Kremi üçün:

Yağlı qaymaq- 1 stəkan

Şokolad- 150 q

Hazırlanması:

Milan peçenyesi (foto resept)

Kərə yağı və şəkər tozunu qarışdırırıq.

Milan peçenyesi (foto resept)

 Yumurtanın ağını, limon şirəsini və vanili əlavə edib birlikdə bir neçə dəqiqə yenə qarışdırmaq lazımdır.

Milan peçenyesi (foto resept)
Milan peçenyesi (foto resept)

Sonra unu da əlavə edib 1-2 dəqiqə qarışdırırıq.

Milan peçenyesi (foto resept)

Sonra xəmiri şirniyyat kisəsinə tökürük.

Milan peçenyesi (foto resept)

Bişirəcəyimiz qabın üzərinə falqa kağızı qoyub üzərinə şəkildəki kimi 3 sm uzunluğunda peçenyelər hazırlayırıq. 180 dərəcədə 10 dəqiqə bişiririk. Peçenyelərimiz qızılı rəng aldıqdan sonra sobadan götürürük.

Milan peçenyesi (foto resept)

Kremi hazırlayırıq. Qaymağı zəif odda qızdırırıq. Şokaladı əlavə edib yavaş-yavaş qarışdırmaq lazımdır. Şokalad və qaymaq qarışdıqdan sonra oddan götürmək lazımdır.  

Milan peçenyesi (foto resept)

Bir az soyuduqdan sonra peçenyelərin arasına çəkib bir az da soyumasını gözləyirik.

Milan peçenyelərimiz hazırdır.

Milan peçenyesi (foto resept)

Nuş olsun!

15 aprel 2015
GO BACK