Qadin.NET / Sevən ürəklər peçenyesi (foto resept)

Sevən ürəklər peçenyesi (foto resept)

Sevən ürəklər peçenyesi (foto resept)

Tərkibi:

Un-300-350 q

"Möcüzə"paket yağı-90 q

Süd-0.5 stəkan

Yumurta-2 ədəd

Şəkər tozu- 70-q

Qabartma tozu

Duz

Qoz-0.5 stəkan

Hazırlanması:

Sevən ürəklər peçenyesi (foto resept)

Unun üzərinə duz, qoz və qabartma tozunu əlavə edib qarışdırırıq. Sonra 1 yumurta, yağ və südü əlavə edib bərk xəmir edirik.

Sevən ürəklər peçenyesi (foto resept)

Xəmir 10-15 dəqiqə dincəldikdən sonra onu 8 hissəyə bölürük. Və əlimizin altında şəkildə gördüyünüz kimi yumrulayırıq. Sonra da ürək formasında forma veririk. 

Sevən ürəklər peçenyesi (foto resept)

180 dərəcədə 12-15 dəqiqə bişiririk. Sonra soyumasını gözləyirik.

Sevən ürəklər peçenyesi (foto resept)

1 yumurtanın ağını şəkər tozu yavaş-yavaş əlavə edərək mikserlə yaxşı-yaxşı qarışdırırıq. Və peçenyelərin üzərinə çəkirik.

Zövqə görə bəzəyə bilərsiniz.

Sevən ürəklər peçenyesi (foto resept)

Nuş olsun!

11 aprel 2015
GO BACK