Qadin.NET / Kakaolu peçenyelər (foto resept)

Kakaolu peçenyelər (foto resept)

Kakaolu peçenyelər (foto resept)

Tərkibi:

Un-300 q

"Möcüzə" paket yağı-100 q

Şəkər  tozu-200 q

Kakao tozu- 1 x.q

Qabartma tozu

Duz -çimdik

Su- 5-6 x.q

Vanilin

Qlazur üçün:

Yumurta- 1 ədəd

Şəkər tozu-100-120 q.

Hazırlanması:

Kakaolu peçenyelər (foto resept)

Yağı əridib soyumasını gözləyirik. Başqa bir qabda unu, kakaonu, duz və qabartma tozu, şəkər tozu və vanilini yaxşıca qarışdırırıq.

Kakaolu peçenyelər (foto resept)

Sonra üzərinə kərə yağı və apardığı qədər su əlavə edinb xəmir yoğururuq.

Xəmiri 2 hissəyə ayırın. Və stolun üzərinə azca un səpip xəmiri yayın.

Kakaolu peçenyelər (foto resept)

İstədiyiniz formalarla peçenyeləri kəsin. Sobanı 200 dərəcə qızdırın və peçenyeləri 10 dəqiqə bişirin. 

Kakaolu peçenyelər (foto resept)

Qlazur üçün yumurtanın sarısını ayırın. Sarısı bizə lazım olmayacaq. Şəkər tozunu ələmək lazımdır və ya kofe üyüdəndə üyütmək olar. Üzərinə yumurtanın ağını əlavə edib yaxşı-yaxşı qarışdırın.

Kakaolu peçenyelər (foto resept)

Alınan şirəni peçenyelərin üzərinə formalı çəkib üzərinə rəngli dənəciklər səpmək olar.  

Peçenyelərimiz hazırdır.

Kakaolu peçenyelər (foto resept)

Nuş olsun!

9 aprel 2015
GO BACK