Qadin.NET / Ürək formalı piroqlar(foto resept)

Ürək formalı piroqlar(foto resept)

 

Ürək formalı piroqlar(foto resept)

Tərkibi:

 

Peçenye - 200 q

"Möcüzə" paket yağı - 100 q

 Yumurta - 4 ədəd

 Krem-pendir - 400 q

 Şəkər - 120 q

 Un - 1 xörək qaşığı

 Vanilin

 Çiyələk (dondurulmuş da istifadə etmək olar) - 100 q

Hazırlanması:

 

Ürək formalı piroqlar(foto resept)

Kərə yağını əridirik və az soyuduruq. Peçenyeləri blenderdə xırda-xırda doğrayırıq və üzərinə kərə yağını əlavə edib yenidən qarışdırırıq. Sonra onu qırağı açıla bilən biskivit qabına əlavə edib 180 dərəcədə 8 dəqiqə bişiririk.

Ürək formalı piroqlar(foto resept)

 

2 yumurtanın sarısını ayırıb üzərinə krem-pendir və şəkər tozu əlavə edib mikserlə yaxşı-yaxşı qarışdırırıq. Sonra 2 yumurtanı da əlavə edirik (ağı və sarısı birlikdə) yenə qarışdırırıq. Sonda un və vanilin əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Və alınan məhlulu peçenyenin üzərinə əlavə edib qaşıqla səliqəyə salırıq.

Ürək formalı piroqlar(foto resept)

 

Çiyələyin üzərinə şəkər tozu əlavə edib blenderdə pürə halına gətiririk.

Ürək formalı piroqlar(foto resept)

 

Sonra qaşıqla piroqun üzərinə şəkildəki kimi əlavə edib, diş çöpü ilə forma veririk.

Ürək formalı piroqlar(foto resept)

 

Yenidən 130 dərəcədə 1 saat bişiririk. Sobadan götürdükdən sonra soyuducuya qoyuruq.

2-3 saatdan sonra soyuducudan götürüb ürək formalı və ya zövqünüzə uyğun forma ilə kəsə bilərsiniz.

Ürək formalı piroqlar(foto resept)

 

Nuş olsun!

(tərcümə edilib)

29 mart 2015
GO BACK