Qadin.NET / Peçenye miqo (foto resept)

Peçenye miqo (foto resept)

Tərkibi:

400-500 qr un

150 qr "Best Cow" kərə yağı

150 qr şəkər tozu

2 ədəd yumurta

Vanil

Qabartma tozu

İçlik üçün:

50-100 qr şəkər tozu

100 qr üyüdülmüş qoz

3 x\q süd

Vanil

İstənilən cem və ya mürəbbə suyu

Şəkər pudrası

Hazırlanması:

Yumurta şəkər tozu ilə çalınır. Üzərinə yumuşalmış yağ, vanil əlavə edilib çalınır.

Peçenye miqo (foto resept)

Unla qabartma tozu qarışdırılır.

Peçenye miqo (foto resept)

Un əlavə edilib xəmir hazırlanılır.

Peçenye miqo (foto resept)

Xəmir iki hissəyə ayrılır, biri qalın, biri isə nazik yayılır. Dairə şəklində iki fərqli ölçüdə kəsilir.

Böyük ölçüdə olan dairəyə ərik cemi və ya istəlinən cem, mürəbbə suyu çəkilir, üzərinə içlik qoyulur, kiçik dairə ilə örtülr.

Peçenye miqo (foto resept)

Yağlı kağız sərilmiş listə yığıb 180 dərəcədə hazır olana qədər bişirilir.

Peçenye miqo (foto resept)

Hazır peçenyelərin üzərinə şəkər pudrası səpilir.

Peçenye miqo (foto resept)

Nuş olsun!

5 mart 2016
GO BACK